-
- 18-10-2022, 20:28
- 544
"Formula 1" Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib
“Formula One Management” 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin qlobal izləyici sayına dair hesabat təqdim edib.
News24.az xəbər verir ki, Bakı yarışının qlobal auditoriyası 60 milyona yaxın olmaqla, bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Yaponiya (116 faiz artım), Polşa (76 faiz artım), Kanada (34 faiz artım), Macarıstan (33 faiz artım), ABŞ (21 faiz artım) kimi ölkələr bu sıraya daxildir. Bu il Formula 1 Azərbaycan Qran Prisinin izləyici kütləsi arasında top üçlükdə İtaliya, Birləşmiş Krallıq və Niderland yer alır.
2022-ci il Formula 1 Azərbaycan Qran Prisini Formula 1-in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb.
2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin sosial media (Facebook, Instagram, Twitter, Youtube) izləyicilərinin sayı 116 faiz artmaqla yüksək həddə çatıb.
Bundan başqa, Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı Şəhər Halqasının F1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.