Bu ölkə Ukraynaya helikopterlər göndərəcək
    • 27-02-2023, 12:15
    • 232

Bu ölkə Ukraynaya helikopterlər göndərəcək

Avropa İttifaqı ölkəsi Xorvatiya Ukraynaya 14 helikopter göndərəcək.

News24.az xəbər verir ki, helikopterlərin Ukraynaya daşınması üçün hazırlıqlara başlanılıb.

Helikopterlər əvvəlcə Polşaya, sonra isə Ukraynaya çatdırılacaq.

Qeyd edək ki, Xorvatiya hökuməti Ukraynaya hərbi dəstəyi gizli saxlayıb. Baş nazir Andrey Plenkoviç isə noyabrda Ukraynaya 14 helikopter göndəriləcəyini bəyan edib.

Qumral Əliyeva