İspaniya Ukraynaya zirehli transportyorlar göndərir
    • 2-02-2023, 01:18
    • 188

İspaniya Ukraynaya zirehli transportyorlar göndərir

İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehli transportyoru göndərəcək.

Bu barədə “Europa Press” məlumat verib

Paralel olaraq İspaniya 6 ədəd “Leopard 2A4” döyüş tankını da Ukraynaya təhvil verəcək. İspaniyada 300-dən çox belə tank olsa da, onların əksəriyyəti konservasiyadadır və istismara yararsızdır.

Artıq yola salınacaq tankların təcili təmiri başlayıb./APA/