"Təqaüd yerlərinin sayı azalmayıb" - Emin Əmrullayev
    • 27-02-2023, 15:54
    • 142

"Təqaüd yerlərinin sayı azalmayıb" - Emin Əmrullayev

Təqaüd yerlərinin sayı azalmayıb. Hər iki tələbədən biri təqaüd alır.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Sadəcə əvvəlki illərlə müqayisədə universitetlər üçün nəzərdə tutulan dövlət sifarişli yerlərin sayı artır. Eyni zamanda tələbə kontingenti də artır. Bu isə əlavə təqüdlərin sayının azalması deməkdir. Ancaq bu o demək deyil ki, təqaüd alan tələbələrin sayı azalmır. Tələbələrin qiymətləri də məsələyə müəyyən qədər təsir edə bilər", - nazir qeyd edib.

Məhərrəm Əliyev