Dostluqdan sevgiyə - sevgidən evliliyə... - FOTO
    • 30-01-2019, 14:40
    • 3 587

Dostluqdan sevgiyə - sevgidən evliliyə... - FOTO

"Raziyə Sultan" serialı ilə ulduzu parlayan hind aktyoru Rohit Purohit subaylığa əlvida deyib.

Hazırda Hindistanın ən yaraşıqlı kişi aktyorlarından sayılan Rohitin evlənməsi fanatlarını üzsə də o, özünü xoşbəxt sayır. Çünki 6 ildir tanıdığı, əvvəl dost, sonra da sevgili olduğu aktrisa Şina Bacacla ailə qurub. 

Cütlik teleməkanların birində şou zamanı tanış olublar. Dostluqdan başlayan münasibət sonradan sevgiyə çevrilib. Bu müddət ərzində onlar dəfələrlə küsüb-barışıblar. Amma sonra münasibətlərini daha da möhkəmlətmək üçün ailə tellərini birləşdiriblər.

Məşhurların toyu Rohitin doğma şəhəri Caypurda baş tutub. Şina toydan sonra təəsüratlarını bölüşərək "Həmişə özümə bu cür nağılvari toy arzulamışdım. Aşırı dərəcədə özümü xoşbəxt sayıram" - deyə, bildirib.

Azər NƏSİBOV