-
- 20-08-2018, 11:20
- 1 066
Britaniyalı toydan sonra gəlinin gözləri önündə öldü
Britaniyalı Mişel Uayt ölümcül xəstə olan sevgilisi Skott Plamli ilə ailə həyatı qurub. Cütlük iki il görüşüb. Yoxlanış zamanı Plamliyə qida borusunun xərçəngi diaqnozu qoyulub. Həkimlər kişinin tezliklə öləcəyini deyəndən sonra qadın bir sutka ərzində onunla toy mərasimi təşkil edib.
Mişel dostları və qohumlarını ətrafına toplayıb.
Bundan başqa, o, nikah nümayəndələrini xəstəxanaya gətirib. Skott toydan 13 saat sonra vəfat edib. Ölümündən əvvəl o, Mişeli sevdiyini deyib.
“Həyatımın çox hissəsini xəstə baxıcısı kimi, qocalar evində köməkçi kimi işləmişəm. Çoxlu ölümlər görmüşəm, amma bu, onlardan ən gözəli idi. Mən 13 saat ərzində onun həyat yoldaşı oldum, ancaq mən belə gözəl ailə qazandım”, - göz yaşları içində qadın deyib.
//Oxu.az