7 yaşlı məktəbli zorakılığa məruz qalıb - FOTO/YENİLƏNDİ
    • 28-02-2023, 10:46
    • 392

7 yaşlı məktəbli zorakılığa məruz qalıb - FOTO/YENİLƏNDİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qobuda döyülən azyaşlının məsələsini nəzarətə götürüb. 

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də məsələnin araşdırıldığını bildirilib.


23:46

"Ana erkən yaşda vəfat edib. İki azyaşlı övladı qalıb. Ata ikinci dəfə ailə qurub.  Bizə verilən məlumata görə 2016-cı il təvəllüdlü körpə(1 sınıf şagirdi) dəfələrlə fiziki zorakılığa məruz qalıb, üz-gözü qapqara məktəbə davam edib".

News24.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Pərvin Abuşova yazıb.

O qeyd edib ki, bu gün bununla bağlı uşağın xalası tərəfindən Daxili İşlər Nazirliyinin Qaynar xəttinə müraciət edilib:

"Uşağın xalasına məktəb müəllimlərindən biri məlumat verərək onun məktəbə gəlməsinin vacib olduğunu bildirib. Azyaşlının xalası Abşeron polisinə uşağın aldığı xəsarətlərlə bağlı ekspertizaya yollanmasını tələb etsə də, polis bunu etməyib. İndi gələk digər məsələyə: İddialara görə, bu azyaşlı dəfələrlə üz-gözü qapqara məktəbə davam edib. Əgər belədirsə, hara baxıb direktor? Hara baxıb sinif rəhbəri ? Nə olardı o uşağın şəklini, pul toplamaq üçün açdığınız qruplara atardınız? Nə olardı aidiyyati qurumları məlumatlandirardınız? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu uşağı nəzarətə götürməsi lazımdır".