Aygün Kazımova da məktəb açmaq istəyir
    • 30-01-2019, 15:15
    • 1 114

Aygün Kazımova da məktəb açmaq istəyir

Xalq artisti Aygün Kazımova məktəb açmaq istəyinin olduğunu bildirib.

News24.az xəbər verir ki, ifaçı bu haqda “Asan” radioda qonaq olarkən danışıb:

“Bu mənim arzumdur. Sadəcə olaraq öncədən danışmaq arzunun reallaşma prosesini zəiflədir. Böyük arzularıma çatmaq üçün çox şeylər edirəm. İnanıram ki, buna da nail olacağam. Bəlkə də bu həyatdakı missiyamın final hissəsidir.

Həmin məktəbdə əsl estrada müğənnisinin nələri bilməli və keçməli olduğu öyrədilməlidir”.

Teymur MƏMMƏDOV