Messi ötən ilin ən yaxşı futbolçusu adına layiq görülüb
    • 28-02-2023, 01:35
    • 220

Messi ötən ilin ən yaxşı futbolçusu adına layiq görülüb

FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

News24.az-ın məlumatına görə, “The Best” mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

O, Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və İspaniya "Real Madrid"indən Kərim Benzemanı qabaqlayıb.

Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub, o, turnirin ən yaxşı oyunçusu seçilib.