-
- 30-01-2019, 15:47
- 2 294
On məşhur idmançının ağlasığmaz pəhrizi - FOTO
Hərgünlük yorucu məşqlər çoxlu enerji tələb edir. Buna görə də əksər professional idmançılar qida rasiyonlarına çox diqqətli yanaşır. Onlar üçün hər bir kaloriya əhəmiyyət daşıyır. Amma idmançıların saxladıqları dietalar adi insanları şok edə bilər. Günorta yeməyinə 6 kq kartov və 12 boşqab düyü – necədir?
News24.Az bu dəfə 10 məşhur ağır çəkili insanın dietası haqqında məlumatları təqdim edir:
Mett Kalil- günə 7000 kaloriya
Minnesota Viking futbol komandasının hücumçusudur. 2012-ci ildə o, ciyər iltihabı xəstəliyinə tutulur və biraz formadan düşür. İtirilmiş çəkini bərpa etmək üçün Mett kilogramlarla fastfud (tez hazırlanan yemək) yeyirdi. Təkcə günorta yeməyinə o, 1 pizza və bir neçə böyük burqer yeməli olurdu.
Maykl Felps - günə 12 000 kaloriya
Olimpia oyunlarının tarixində medal sayına görə mütləq rekordsmendir. Hər dəfə Olimpiadaya hazırlaşan zaman üzgüçü xüsusi qida rejiminə əməl edir. Belə günlərdə çempion dəhşətli həddə kaloriya tükədir. Məsələn, yarım kilo makaron, pizza, çoxlu yumurtalı sendviç, yulaf və fransız tostları. Buna əsl iştah deyilir!
Devid Karter - günə 10 000 kaloriya
136 kilogramlıq futbolçu mümkünsüz iş görür. O, ciddi vegetarian pəhrizinə riayət edərək özünü formada saxlayır. Amma Devid Karterin gün ərzində qəbul etdiyi qidanın miqdarına baxsaq… Məsələn o, təkcə səhər yeməyində bir vedrə lobya smuzisi içir.
Dueyn Conson - günə 6000 kaloriya
Ən tanınmış restler Dueyn Conson çoxlu dəniz məhsulu yeyir. Məsələn, Dueyn təkcə treska balığından il ərzində 370 kq istifadə edir.
Sezon ərzində o, bir neçə dəfə özünə bayram günləri təşkil edir və bu günlərdə ancaq fastfud yeyir.
Con Koll - günə 4500 kaloriya
Bütün dünyaya akroboliksin (bodibildinq və akrobatikanın qarışığı) yaradıcısı kimi tanınıb. Həftədə bir dəfə idmançı özü üçün qeyri-adi günorta yeməyi hazırlayır: 6 kq kartov və 12 boşqab düyü.
Hüseyn Bolt - günə 5500 kaloriya
8 qat olimpiya çempionu yüngül çəkili atlet fastfuda qarşı deyil. O, səhər yeməyinə naqqets, burqer, qızarmış kartov və çoxlu koka-kola yeyə bilər. Təkcə Pekində keçirilən Olimpiada öncəsi idmançı 47 000 kaloriyalıq toyuq naqqetsləri yemişdi.
Cey Cey Uot - günə 9000 kaloriya
Houston Texans amerikan futbolu komandasının müdafiəçisi hər gün çoxlu miqdarda kartov, yumurta və avakado yeyir.
Maykl Arnşteyn - günə 6000 kaloriya
Tanınmış marafonçu bu vaxta qədər 50-dən artıq marafonda qaçıb. Maykl çiy pəhrizə riayət edən çox az saylı idmançılardandır. Razılaşın ki, bu heç də asan deyil. 10 gün ərzində idmançıya 225 kq meyvə- tərəvəz lazım olur.
Nik Hardviq - günə 5000 kaloriya
San Diego Chargers komandasının tərkibində oynayan zaman qeyri-adi pəhrizə riayət edirdi. O, hər gün bir neçə verdə dondurma yeyir və yüksək kaloriyalı proteinli kokteyllər içirdi.
Riff Raff - günə 4000 kaloriya
Restler, eləcə də reper az olmayan (109 kq) çəkisini saxlamaq üçün çoxlu yüksək kaloriyalı dadlı yeməklər yeyir. Pizza, burqerlər, qızarmış toyuq qanadları - məhz onlar idmançıya enerjili qalmağa və öz çəki kateqoriyasında çıxış etməyə yardım edir.
Hazırladı: Səməd AĞAYEV