Azərbaycanda 15 yaşlı oğlan 53 yaşlı qadını öldürüb, sonra meyitlə cinsi əlaqəyə girdi - TƏFƏRRÜAT
    • 30-01-2019, 16:05
    • 1 234

Azərbaycanda 15 yaşlı oğlan 53 yaşlı qadını öldürüb, sonra meyitlə cinsi əlaqəyə girdi - TƏFƏRRÜAT

Füzulidə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. 

İstintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.

O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.

Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibəsi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb.

Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

//SputnikAz