Azərbaycanda dəhşətli hadisə - 15 yaşlı oğlan 53 yaşlı qadını zorlayıb öldürdü
    • 30-01-2019, 12:00
    • 1 044

Azərbaycanda dəhşətli hadisə - 15 yaşlı oğlan 53 yaşlı qadını zorlayıb öldürdü

Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb.

Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
///Publika.az