Daha uzun yaşamağın sirri sadədir! - Kişilər 5, qadınlar isə 2 il
    • 28-02-2023, 13:05
    • 1 199

Daha uzun yaşamağın sirri sadədir! - Kişilər 5, qadınlar isə 2 il

Uzun və sağlam ömür sürmək üçün qidalanmadan tutmuş idmana qədər bir çox amilləri nəzərə almaq lazımdır. Ancaq həyat keyfiyyətimizə və ömrümüzə böyük təsir edən bir məqam var.

News24.az xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları kişilərin 5 il, qadınların isə 2 il daha çox yaşaya bilməsinin sirrini açıqlayıblar. 

Yeni araşdırmaya görə, uzun yaşamaq üçün sadə üsul aşkarlanıb. Müvafiq olaraq, keyfiyyətli yuxu insan ömrünə bir neçə il əlavə edə bilər.

Harvard Universiteti Tibb Fakültəsinin alimlərinin də daxil olduğu tədqiqat qrupu müəyyən edib ki, müntəzəm olaraq yaxşı yatan kişilər digərlərindən təxminən 5 il daha çox yaşaya bilirlər. Qadınlar üçün bu rəqəm 2 il olaraq təyin olunub.

Komanda yuxu keyfiyyəti daha yaxşı olan yeniyetmələrin də erkən ölmə ehtimalının daha az olduğunu müəyyən edib.

Araşdırmada təkcə yuxunun miqdarının kifayət etmədiyi, vacib olanın yuxunun keyfiyyəti olduğu vurğulanıb.

Tədqiqatçılar keyfiyyətli yuxunu bu amillərə əsaslandırırlar:

Gecədə ideal 7-8 saat yuxunu tamamlamaq;

Həftədə iki dəfədən çox olmayan yuxuya getməkdə çətinlik;

Həftədə ən çox iki dəfə yuxunun pozulması;

Heç bir yuxu dərmanı istifadə etməmək;

Həftədə ən az 5 gün oyandıqdan sonraözünü dincəlmiş hiss etmək. /Haber Global/

Teymur MƏMMƏDOV