İranda kütləvi zəhərlənmə - 650 şagird xəstəxanaya yerləşdirildi
    • 28-02-2023, 14:30
    • 241

İranda kütləvi zəhərlənmə - 650 şagird xəstəxanaya yerləşdirildi

İranın Qum və Burucerd şəhərlərində 650 şagird qız zəhərlənib.

News24.az
xarici KİV-ə istinadla xəbər verir ki, şagirdlərin məktəbə getməsinin qarşısını almaq üçün kütləvi zəhərlənmənin qəsdən edildiyi iddia olunub. 

İranın səhiyyə naziri Bəhram Eynollahi bildirib ki, bəziləri bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir.

Qeyd edək ki, ölkədə ilk zəhərlənmələr 2022-ci il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunmağa başlayıb.

Qumral Əliyeva