Yaponiyada 20-dən çox şagird istivurma ilə xəstəxanaya yerləşdirilib
    • 3-06-2022, 11:33
    • 319

Yaponiyada 20-dən çox şagird istivurma ilə xəstəxanaya yerləşdirilib

Yaponiyanın qərbindəki Amaqasaki şəhərində isti vurması nəticəsində 22 şagird xəstəxanaya yerləşdirilib.

 News24.az-ın məlumatına görə, istivurma halları şəhərdə keçirilmiş idman yarışları zamanı qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətlərinin ağır olmadığı deyilir.

Qeyd edək ki, ötən gün eyni diaqnozla Osaka şəhərində 29 şagird xəstəxanaya yerləşdirilmişdi.