"Bütün dağıntıları bərpa edəcək əzmə və qüdrətə sahibik"
    • 28-02-2023, 16:25
    • 163

"Bütün dağıntıları bərpa edəcək əzmə və qüdrətə sahibik"

"Zəlzələ nəticəsində həyatını itirənləri geri qaytara bilmərik, amma onun xaricində bütün yaraları saracaq, bütün dağıntıları bərpa edəcək əzmə və qüdrətə sahibik".

News24.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı brifinqi zamanı deyib.

“TOKİ zəlzələ sınağını tikdiyi binaların zəlzələyə və digər fəlakətlərə dayanıqlığı başda olmaqla vermiş və özünü sübut etmiş bir qurumdur. Vanda, Ərzincanda, Malatyada, İzmirdə etdiklərimizi eyni formada edəcəyik”, – o əlavə edib.