Mart ayında zəlzələ bölgəsində tikiləcək evlərin siyahısı
    • 20-02-2023, 20:51
    • 166

Mart ayında zəlzələ bölgəsində tikiləcək evlərin siyahısı

Mart ayında Türkiyənin zəlzələ bölgələrində 199 739 ev tikiləcək.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda bildirib: "Biz yeni şəhər planı çərçivəsində torpağın keyfiyyətini və fay xəttinə qədər olan məsafəni nəzərə alaraq bütün yaşayış sahələrini öz memarlığına, tarixi və mədəni fakturasına uyğun dizayn edirik”.

Mart ayında tikiləcək 199 739 yaşayış evinin siyahısı belədir:

Kahramanmaraşda: 45 min 67
Malatyada 44 min 770
Hatayda: 40 min 426
Adıyamanda: 25 min 882
Qaziantepdə: 10 min 544
Osmaniyedə: 9 min 550
Diyarbəkirdə 6 min
Elazığda: 3 min 750
Adanada: 2 min 500
Şanlıurfada: 3 min
Kilisdə: 250

/Qafqazinfo/