Bəxtiyar Hacıyevdən xəbər var: Aclıq aksiyası ilə bağlı qərar verdi
İctiami fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
News24.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. O qeyd edib ki, Hacıyev artıq həkimlərin nəzarəti altındadır: "Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.