-
- 28-02-2023, 23:36
- 245
Gərginlik “qırmızı xətt”ə çatır
“Ermənistanda keçirilən rəy sorğuları Rusiyanın Qərbdən geridə qaldığını göstərir”.
News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya və Ermənistan arasındakı gərginliyin getdikcə artdığını bildirib:
“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıdan İrəvana “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə mesaj göndərib.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verib: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”.
Simonyan bununla Lavrova demək istəyib ki, bizim işimizə qarışmayın.
Beləliklə, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Bu azmış kimi, İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar.
Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbdən geridə qaldığını göstərir. Bundan sonra Lavrov bizə “ağıl verməyə” çalışır ki, Laçın yolunda nəzarət postu olmamalıdır”.