-
- 29-07-2021, 14:05
- 555
Kremldən Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsinə münasibət
"Kreml Ermənistan-Azərbaycan sərhəddindəki gərginlikdən xəbərdardır və bununla bağlı tərəflərlə iş aparılır".
News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərin Moskvanın Ermənistan sərhəddini qorumağa hazır olub-olmadığı və Azərbaycanla münasibətlərin gərginləşməsindən narahatlıq keçirməsi ilə bağlı sualına da cavab verib.
"Bilirik ki, dünən Ermənistan-Azərbaycan sərhəddində gərginlik yaşandı. Rusiya nümayəndələri atəşkəsi bərpa etmək üçün çox səy göstəriblər və hazırda da işlər aparılır" deyib.
Həmçinin Rusiyanın üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün Yerevan və Bakı ilə təmaslarını davam etdirildiyini vurğulayıb.