"Moskva Ankaranı məlumatlandırmasa, bunu Bakı edəcək" - ŞƏRH
    • 5-05-2021, 18:52
    • 582

"Moskva Ankaranı məlumatlandırmasa, bunu Bakı edəcək" - ŞƏRH

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil”.

Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 
 
O bildirib ki, Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib: “Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir. Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa, bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir.  Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə, bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək”.

Siyasət şöbəsi