Prezident: Qarabağda Özbəkistanın inşa etdiyi məktəbdə tikinti işləri sürətlə gedir
    • 1-03-2023, 22:08
    • 326

Prezident: Qarabağda Özbəkistanın inşa etdiyi məktəbdə tikinti işləri sürətlə gedir

Qarabağda Özbəkistanın inşa etdiyi məktəbdə tikinti işləri sürətlə gedir.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşdə deyib.

"Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz" - Azərbaycan Prezidenti deyib.