Yaponiya sahillərində daha bir naməlum metal kürə tapıldı
    • 2-03-2023, 10:04
    • 188

Yaponiya sahillərində daha bir naməlum metal kürə tapıldı

Yaponiya sahillərində mənşəyi məlum olmayan daha bir metal kürə tapılıb.

 News24.az-a xəbər verir ki, bu barədə Yaponiyanın “Fuji Television” kanalı məlumat yayıb.

Qeyd olunub ki, metal kürə Kaqosima sahillərində tapılıb və araşdırma zamanı məlum olub ki, onun içi boşdur, lakin olduqca ağırdır.

Xatırladaq ki, 21 fevralda da Yaponiyanın mərkəzi hissəsində yerləşən Sizuoka əyalətinin sahillərində də oxşar kürə tapılmışdı.