Bakıda itkin düşən məktəbli qızla oğlan tapıldı
    • 2-03-2023, 14:07
    • 229

Bakıda itkin düşən məktəbli qızla oğlan tapıldı

Bakıda itkin düşən iki məktəbli tapılıb.

News24.az xəbər verir ki, fevralın 28-də saat 14 radələrində Xəzər rayonu Şağan qəsəbəsində təhsil aldığı 124 saylı orta məktəbi tərk etdikdən sonra itkin düşən 2008-ci il təvəllüdlü N.Useynova gecə saat 21 radələrində tapılıb. O, özü yaşadıqları evə qayıdıb və bu barədə polisə məlumat verilib.

Həmçinin fevralın 28-də saat 11 radələrində Xəzər rayonu Qala qəsəbəsində itkin düşən 2011-ci il təvəllüdlü Ə.İsmiyev də tapılıb. Polis əməkdaşları onu Bakı Dəniz Vağzalı ərazisində tapıblar. 12 yaşlı oğlan ailəsinə təhvil verilib.

Taleh BAĞIROV