Oğuzda ata intihar etdi: Qızı bacısının ərindən hamilə imiş?
    • 31-01-2019, 12:00
    • 1 347

Oğuzda ata intihar etdi: Qızı bacısının ərindən hamilə imiş?

Oğuz rayonunun Padar kənd sakini özünü  asaraq intihar edib. 

Ortayaşlı Rəhim adlı şəxsin intihar etməsinə səbəb 19 yaşlı qızının digər qızının həyat yoldaşından hamilə qalması olub.

Qeyd edilib ki, iki ay yarımlıq hamilə olan qız keçən il orta məktəbi bitirərək, universitetə daxil olub və hazırda tələbədir.  

Həmçinin iddia edilib ki, qızın hamilə olduğunu bilən valideynləri onu evdən qovub və övladlıqdan çıxarıb. Bundan sonra atası özünü asaraq öldürüb. 

Bildirək ki, faktla bağlı Padar kəndinin digər sakinləri ilə də əlaqə saxladıq. Onlar faktı təsdiqləyərək, hazırda mərhum üçün yas məclisi keçirildiyini bildirdilər.

Rəsmi olaraq  Oğuz Rayon İcra Hakimiyyəti bu barədə məlumatlı olmadıqları bildirildi.

//Cebheinfo