-
- 2-03-2023, 20:57
- 308
Muxtar Məmmədov etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin (XİN) Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri tviterdə paylaşım edib.
G.Haskel isə tviterdəki paylaşımında bildirib ki, tarixi məqamlardan biri İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisinin 30 illik diplomatik əlaqələrdən sonra Azərbaycanın İsraildəki ilk səfirindən etimadnaməsinin surətini almasıdır: “Muxtar Məmmədov, İsrailə xoş gəlmisiniz!”
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.