Yunanıstanda qatar qəzası: ölənlərin sayı 57-yə çatdı
    • 3-03-2023, 00:12
    • 153

Yunanıstanda qatar qəzası: ölənlərin sayı 57-yə çatdı

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

News24.az  xəbər verir ki, bu barədə ERT NEWS telekanalı məlumat yayıb.

Hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.

Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.

Hazırda 48 nəfərin müaəlicəsi davam etdirilir, onlardan 6-nın vəziyyəti ağır qiymətləndirilir.

Baş vermiş qəzada 56 nəfərdən itkin düşmüş sayılır.

Hadisə martın 1-ə keçən gecə baş verib.