Sərnişin və yük qatarları toqquşdu - 32 ÖLÜ, 85 YARALI
    • 1-03-2023, 09:19
    • 148

Sərnişin və yük qatarları toqquşdu - 32 ÖLÜ, 85 YARALI

Yunanıstanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, hadisə Larisa şəhəri yaxınlığında baş verib. 

Yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoannis hazırda 32 nəfərin öldüyünü, xəstəxanalara nəql olunan 85 yaralıdan 53-nün həkim nəzarəti altında olduğunu, digərlərinin isə evə buraxıldığını açıqlayıb. 

Həmçinin tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin hadisə yerindən təxliyə edilib. /TASS/

Teymur MƏMMƏDOV