Göygöldə yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb
    • 2-07-2022, 00:30
    • 368

Göygöldə yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb

Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 6 nəfərə çatıb. /Report/


2022-07-01 23:50

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Xsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb. /Report/

23:25

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report/