Bayden danışıq qabiliyyətini itirir
    • 3-03-2023, 08:41
    • 204

Bayden danışıq qabiliyyətini itirir

ABŞ prezidenti Co Bayden tədricən danışıq qabiliyyətini itirir.

News24.az
xəbər verir ki, müvafiq açıqlama ilə "Fox News"-un aparıcısı Taker Karlson çıxış edib. 

"Son illərdə belə kadrların bir milyonunu göstərmişik. Daha bir milyonunu göstərə bilərik. Çünki Co Bayden hər gün belə danışır. Hazırda da onun danışığı belədir. Danışmaq qabiliyyətini itirir"- deyə aparıcı vurğulayıb.

Karlson hesab edir ki, Baydenin sadəcə olaraq ölkəni idarə etmək üçün kifayət qədər bədən resursları yoxdur. Jurnalist onun dediklərinin Baydenə qarşı informasiya hücumu deyil, müşahidə xarakteri daşıdığı bildirib. /Ren Tv/

Teymur MƏMMƏDOV