Messinin həyat yoldaşının ailəsinə silahlı hücum! - Futbolçuya təhdid mesajı
    • 3-03-2023, 09:01
    • 139

Messinin həyat yoldaşının ailəsinə silahlı hücum! - Futbolçuya təhdid mesajı

Argentinalı məşhur futbol ulduzu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzonun ailəsi supermarketdəsilahlı hücum təşkil edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Messi və həyat yoldaşının ailəsinin yaşadığı Rosario şəhərində baş verib. 

Bir qrup narkotik alverçisi ailəyə məxsus "Unico supermarket" şəbəkəsinə silahlı basqın edib.

Yerli vaxtla saat 03.20-də supermarketin qapısına atəş açan silahlıların Messiyə təhdid mesajı buraxdıqları bildirilir.

Hadisə yerində olan polislər "Messi, səni gözləyirik. (Rosario meri) Javkin də narkotik alverçisidir, səni qoruya bilməz"yazısını aşkarlayıblar.

Hadisə ilə bağlı ətraflı açıqlama verməyən səlahiyyətlilərin hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı bildirilib. 

Rosario meri Pablo Javkin Rokuzzo ailəsinin bir neçə üzvü ilə görüşdüyünü açıqlayıb. Şəhər meri ailəni qorumalı olduqlarını, onların bu hadisə ilə heç əlaqələrinin olmadığını vurğulayıb.

Javkin narkotik şəbəkəsinin Messinin ailəsinin adından istifadə edərək, vermək istədiyi mesajı daha geniş ictimaiyyətə yaydığını bildirib.

Teymur MƏMMƏDOV