Zəlzələ evlərini dağıtmışdı, külək çadırlarını uçurdu - FOTOLAR
    • 3-03-2023, 13:22
    • 135

Zəlzələ evlərini dağıtmışdı, külək çadırlarını uçurdu - FOTOLAR

Türkiyənin zəlzələ baş verən Hatay və İskenderun bölgələrində əsən güclü külək nəticəsində çadırlar dağılıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdə evləri dağılan sakinlərin çadırların bəziləri surəti saatda 30 kilometrə çatan külək nəticəsində aşıb.

Külək çadırlardakı əşyalar da ətrafa səpələyib. Zəlzələdən sonra sakinlər uçan çadırlarını və paltarlarını xilas etməyə çalışıblar.

Rəsmi qurumlar küləyin gecə saatlarında təsirini artıraraq davam edəcəyini vurğulayıblar. 

Teymur MƏMMƏDOV