-
- 3-03-2023, 14:08
- 245
ABŞ-dən İrana növbəti zərbə: 6 önəmli şirkətə SANKSİYA
ABŞ Dövlət Departamenti İran neft və neft-kimya məhsullarının daşınmasını həyata keçirən və satan 6 şirkətə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu qeyd olunub.
Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalara daxil olduğu vurğulanıb.
“ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək”, - deyə ABŞ dövlət katibi Entoni Blinken bildirib.