Keçmiş müğənni "Jara" festivalını boykot etdi
    • 23-07-2018, 10:38
    • 2 791

Keçmiş müğənni "Jara" festivalını boykot etdi

Keçmiş müğənni Mehin Hümbətova bu ay baş tutacaq "Jara" festivalını boykot edib. 

Buna səbəb isə sözügedən festivalda erməni əsilli müğənni Zara Mqoyanın iştirak etməsi olub:

"Bu "qızcığaz" ermeni dığasından törəmə Zara Mqoyandır. Bəli, gördüyünüz kimi 29 iyul bizi "feyziab" etmək üçün vətənimizə ЖАРА musiqi festivalına gələcək. Mən şəhid övladı olaraq hamınızdan bu məsələni protesto etməyinizi xahiş edirəm. Bu cür möhtərəm, ölkənin əsas musiqi festivalına erməni soyadı daşıyan ifaçı çıxarsalar səhnəyə biz çox alçaq və cılız millət olmuş olarıq!!!

Bəlkə də məni bu addımımdan sonda işdən çıxaracaqlar (çünki Mədəniyyət Nazirliyinə tabe olan işciyəm) amma olsun!

Bu məsələyə göz yumanlar utansın!!! Dostluğumda da nazirliyin nümayəndələri və bu məsələni yoluna qoya biləcək insanlar var. Biganə qalmayın, dostlar"

Teymur Məmmədov