Zara Mqoyan Emin Ağalarova təşəkkür etdi
    • 31-07-2018, 11:30
    • 2 436

Zara Mqoyan Emin Ağalarova təşəkkür etdi

Erməni əsilli Rusiyanın əməkdar artisti Zara Mqoyan Azərbaycanın xalq artisti, "Jara" beynəlxalq festivalının təşkilatçısı Emin Ağalorova təşəkkür edib. 

İfaçı şəxsi instagram hesabında E.Ağalarovla birgə olan fotosunu paylaşaraq bunları yazıb:

"250-dən çox sənətçini bir səhnədə birləşdirən festivala məni də dəvət etdiyi üçün Emin Ağalarova təşəkkürümü bildirirəm. Sənin möhtəşəm layihən bizə musiqinin siyasət və xalqlar arasında olan münasibətə aid olmadığını göstərdi.

Bu, mədəniyyətin bütün dünyada inkişaf etməsi üçün vacib addım idi. Bura doğrudan da isti idi. İzləyicilərdə və sənətçilərdə olan bayram ab-havasını ifadə etmək mümkün deyil".

Teymur Məmmədov