Bakıda təkərdoldurma məntəqəsində partlayış oldu – Ölən var
    • 4-03-2023, 14:33
    • 179

Bakıda təkərdoldurma məntəqəsində partlayış oldu – Ölən var

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.