Rusiya sülhməramlılarına xəbərdarlıq edildi
    • 5-03-2023, 14:44
    • 549

Rusiya sülhməramlılarına xəbərdarlıq edildi

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur”

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Laçında bugünkü erməni təxribatı ilə bağlı yaydığı açıqlamada deyilir: “Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub” - açıqlamada qeyd olunur.