Şəhid Şəhriyar Əlibəyli II Şəhidlər xiyabanında dəfn edilir
    • 6-03-2023, 12:18
    • 542

Şəhid Şəhriyar Əlibəyli II Şəhidlər xiyabanında dəfn edilir

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn edilir.

News24.az-ın xəbərinə görə, II Şəhidlər xiyabanına gətirilən şəhidin nəşi cənazə namazından sonra torpağa tapşırılacaq.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edir.