Bu sahədə çalışanlara "TikTok"-dan istifadə qadağan edildi
    • 6-03-2023, 13:15
    • 122

Bu sahədə çalışanlara "TikTok"-dan istifadə qadağan edildi

Britaniya xüsusi təyinatlılarına təhlükəsizlik səbəbi ilə Çin sosial şəbəkəsi "TikTok"-dan iş telefonlarında istifadə qadağan edilib.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniya xüsusi təyinatlılarına şəxsi smartfonlardan da "TikTok"-a daxil olmamaq tövsiyə edilib.

Bu qərar tətbiqin Çin və Rusiyaya məlumat ötürə biləcəyi ilə bağlıdır. 

Teymur MƏMMƏDOV