"TikTok" ömürlük QADAĞAN EDİLDİ
    • 26-01-2021, 13:10
    • 502

"TikTok" ömürlük QADAĞAN EDİLDİ

Hindistan "TikTok" sosial şəbəkəsi daxil olmaqla 59 Çin tətbiqetməsinin ölkədə istifadəsinə rəsmi olaraq daimi qadağa qoyub.

News24.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Bildirilib ki, qərar Hindistanın Elektron və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilib.

Bundan əvvəl ötən ilin iyun ayında Hindistan səlahiyyətliləri Çinin 59 tətbiqetməsinin istifadəsini ölkənin suverenliyinə, bütövlüyünə və milli təhlükəsizliyinə ziyan vuran adlandırıb.

Daim qadağan olunan platformalar siyahısına "TikTok"la yanaşı "WeChat" mesajla.ma proqramı və "Alibaba" tərəfindən hazırlanmış "UC Browser" daxildir.