Çökən yol bərpa edilərək sürücülərin istifadəsinə verilib
    • 23-07-2018, 10:53
    • 1 005

Çökən yol bərpa edilərək sürücülərin istifadəsinə verilib

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a  verilən məlumata görə, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib.
 
Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın 2 mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.