-
- 16-07-2018, 19:18
- 1 044
Anar Nəcəflidən daha bir açıqlama: "Çökən yolu biz çəkməmişik"
Xəbər verdiyimiz kimi iyulun 15-də Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsinə alternativ çəkilən avtomobil yolunda çökmə baş verib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin açıqlamasında çökməyə səbəb olaraq "Bakı Metropoliteni" QSC-nin həmin ərazidə tunel tikintisi aparmasını göstərsə də sonradan metropoliten sözçüsü Bəxtiyar Məmmədov bunu təkzib edərək, çökmənin onların işi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Bu dəqiqələrdə isə Anar Nəcəfli aparılan qazıntılar zamanı çökmüş yolun altında dəmir-beton konstruksiya aşkarlandığı ilə bağlı məlumat verib. O, bildirib ki, ilkin araşdırma zamanı tapılan söküntü 6-7 ildir torpaq altında qalıb korroziyaya uğramış hündürmərtəbəli binanın zirzəmisidir.
Maraqlıdır ki, yol çəkilişi zamanı Bakının planına nəzər yetirilməyibmi?
Bu sualla "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət etdik. Qurum rəsmisi açıqlamasında sifarişçinin "Bakı Metropoliteni" QSC olduğunu və yolun onlar tərəfindən çəkilmədiyini bildirdi:
"Yolu biz çəkməmişik. Bura ümumiyyətlə bizim balansımızda deyil. Cəlil Məmmədquluzadə küçəsi metro tikintisi ilə əlaqədar hasara alındığından və bu yol alternativ olaraq çəkilib. Sifarişçi "Bakı Metropoliteni" QSC-dir. Yolun çəkilişi üçün hansı şirkətə və ya quruma müraciət etdikləri barədə isə məlumatım yoxdur".
//Qaynarinfo