“Qarabağda gərginliyin artmasından ciddi narahatıq” - Rusiya XİN
    • 6-03-2023, 19:17
    • 661

“Qarabağda gərginliyin artmasından ciddi narahatıq” - Rusiya XİN

“Qarabağda gərginliyin artmasından ciddi narahatıq. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib”.

News24.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
O, tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb:

“Biz tam atəşkəsə əməl olunmasının və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik”.

Zaxarovanın sözlərinə görə, Qarabağdakı insident Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının vacibliyini bir daha təsdiqləyir.