Füzulidə yanğın baş verib
    • 7-03-2023, 01:04
    • 217

Füzulidə yanğın baş verib

Füzuli rayonunun 5 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 6 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.