Şəmkirdə bir kənddə 2 ev yandı
    • 13-07-2022, 22:01
    • 368

Şəmkirdə bir kənddə 2 ev yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

Rayonun Abbaslı kəndinin sakini 1963-cü il təvəllüdlü Ağalar Ələsgərov və 1961-ci il təvəllüdlü Həsənova Aminəyə məxsus evdə yanğın olub.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın yağınsöndürənlər tərəfindən dərhal söndürülüb. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Xoşbəxtlikdən hər iki yanğın hadisəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğınlar arasında təxminən 30 dəqiqə fərq olub./Qafqazinfo.az/