Kollecdə yanğın - Çox sayda tələbə xəsarət aldı
    • 16-01-2023, 16:12
    • 177

Kollecdə yanğın - Çox sayda tələbə xəsarət aldı

Gəncədə yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Gəncə Dövlət Regional Kollecində qeydə alınıb. Kollecdə anidən yanğın başlayıb, əraziyə FHN əməkdaşları cəlb olunub.

Yanğın zamanı 11 tələbənin tüstüdən zəhərləndiyi bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.