Tovuzda ekskavator yandı
    • 15-02-2020, 23:55
    • 1 037

Tovuzda ekskavator yandı

Tovuzun Aşağı Quşçu kəndində “POLAD” yol şirkətinə məxsus ekskavator anidən yanmağa başlayıb.

News24.az xəbər verir ki,  hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Yanğın zamanı  ekskavator yararsız hala düşüb.

Yanğının başvermə səbəbləri araşdırılır.