İraqda baş verən terror aktında 8 nəfər öldü
    • 7-03-2023, 11:08
    • 213

İraqda baş verən terror aktında 8 nəfər öldü

İraqın Diyala vilayətində terror aktı baş verib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, baş verən terror aktında aralarında qadın və uşaqların da olduğu 8 nəfər həyatını itirib.

İraqın yerli KİV-in verdiyi məlumata görə,  Diyala vilayətinin Əl-Mikdadiye rayonunda bir din xadiminin ailəsini daşıyan avtomobilə hücum edilib.

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. İraq təhlükəsizlik rəsmiləri hücumların arxasında terror təşkilatı DEAŞ-ın olduğunu düşünür.

Qumral Əliyeva