Malidə terror aktı nəticəsində 2 Qırmızı Xaç işçisi həlak olub
    • 3-06-2022, 10:44
    • 272

Malidə terror aktı nəticəsində 2 Qırmızı Xaç işçisi həlak olub

Qərbi Avropada yerləşən Malidə törədilən terror aktı nəticəsində 2 Qırmızı Xaç işçisi həlak olub.

 News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Kayes bölgəsində Qırmızı Xaç qrupunu daşıyan avtomobil naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Bu barədə Mali Qızıl Xaç Cəmiyyətindən açıqlama verilib.

Terror hücumun nəticəsində  Hollandiya Qırmızı Xaç işçisi və sürücü ilə birgə avtomobildə olan 4 nəfər həyatını itirib.

Qeyd edək ki, Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.