Güclü külək Gədəbəydə fəsadlar törətdi
    • 7-03-2023, 12:14
    • 185

Güclü külək Gədəbəydə fəsadlar törətdi

Güclü külək Gədəbəyin bir neçə kəndində fəsadlara səbəb olub.

News24.az xəbər verir ki, ötən gecədən başlayaraq əsək güclü külək rayonun bir neçə kəndrində problemlər yaradıb. Güclü külək rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşayış evinin ümumilikdə 488 kvadratmetr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilİkdə 430 kv.metr dam örtüyünə ziyan vurub.

Bundan başqa, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı, 5 ağacın aşması nəticəsinə 447 abonent elektrik enerjisiz qalıb. 100 abonentin qaz və rabitə təchizatında fasilələr yaranıb. Güclü küləyinin təsirindən rayonun Gərgər kəndində 35 Kv-luq metal dayağının aşması ilə bağlı 74 yaşayış məntəqəsində 9092 abonentin və rayonun Düzyurd kəndində 6 ədəd 35 Kv-luq metal dayağın aşması nəticəsində 92 yaşayış məntəqəsinin 12823 abonentinə elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.